Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində təmir və abadlıq işləri həyata keçirilir. Bu haqda bu gün, 4 avqust tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) mətbuat xidməti məlumat verib.
Rayon İcra Hakimiyyəti başçısının sakinlər ilə keçirilən növbəti səyyar görüşlər zamanı vətəndaşların qeyd etdiyi və onları narahat edən problemlərin operativ şəkildə həll edilməsi üçün tədbirlər görülür.
Belə ki, Asəf Zeynallı küçəsi, 301 saylı məktəbin qarşısında asfalt örtüyünün dağılmış hissəsi bərpa olunub.
Bundan başqa, qəsəbədəki Ordubadi kuçəsində yol kənarındakı 3,7 km-lik hasarın daha bir, 445 metrlik sahəsi təmir edilib.
[URIS id=55515]