Binəqədi rayonunda arvadını öldürməyə cəhd edən şəxsə hökm oxunub. Bu haqda 10 fevral tarixində Report məlumat verib.
Bağpark küçəsi, Zeytunluq massivində sentyabrın 12-də Xalid Hüseynov həyat yoldaşı, 26 yaşlı Təhminə Hüseynovanı bıçaqlayaraq öldürməyə cəhd edib.
Faktla bağlı Cinayət Məcəlləsinin “Qəsdən adam öldürməyə cəhd etmə” maddəsi ilə cinayət işi başlanıb və Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hökmə əsasən o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.