Bakıda avtomobili qarət etməkdə şübhəli bilinən şaxs tutulub. Bu haqda 9 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Binəqədi rayonunda mayın 24-nə keçən gecə “Opel” markalı avtomobildən 500 manat oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş P.Həsənov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.