Bakıda avtomobildən oğurluq edən şəxs saxlanılıb. Bu haqda 3 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Binəqədi rayonunda bir avtomobildən içərisində 472 manat olan pul kisəsi və mobil telefon oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini O.Aslanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.