Bakının Binəqədi rayonunda avtomobil aşaraq yanıb. Bu haqda bu gün, 7 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
“BMW” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarına aşıb. Nəticədə avtomobilin yanar hissələri yanıb.
Hadisə yerinə cəlb olunan FHN əməkdaşları yaxınlıqdakı tikilini yanğından mühafizə edərək yanğını söndürüblər.
Daha öncə məlum olub ki, həmin rayonun ərazisində, Bakı-Sumqayıt yolunda “Mercedes” aşıb, iki nəfər xəsarət alıb.