Paytaxtın Binəqədi rayonu, 1-ci mədən küçəsində elektrik xətti yanğına səbəb olub. Bu haqda bu gün, 3 sentyabr tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Elektrik xəttinin qoşulu olduğu dirək aşıb və yüksək gərginlikli naqil otluq əraziyə düşərək alışmaya səbəb olub.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunaraq yanğını söndürüblər.