Bakıda oğurluqla məşğul olan şəxs polis tərəfindən saxlanılıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 30 iyun tarixində xəbər verir.
Binəqədi rayonunda oğurluğa görə saxlanılan N.Qurbanovun daha 4 evdən və həyətyanı sahədən ümumilikdə 2170 manat pul, qol saatı, gümüş boyunbağı və 4 ədəd mobil telefon, habelə B.Yaqubluya məxsus “VAZ-2107” markalı avtomobildən 2 ədəd təkər oğurlaması da müəyyən olunub.
İstintaq tədbirləri davam edir.