Bakıda oğru saxlanılıb. Bu haqda 7 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Binəqədi rayonunda mağazaların birindən 200 manat pul və 800 manat dəyərində tütün məmulatları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini Ş.Hüseynov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.