Paytaxtın Binəqədi rayonunda motosiklet avtoqəzaya düşüb. Bu haqda bu gün, 1 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
23 yaşlı Eltac Cabbarovun idarə etdiyi motosiklet avtomobillə toqquşub. Nəticədə ikitəkərlinin sürücüsü xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Təfərrüatlar araşdırılır.