Bakıda oğurluq edən şəxs saxlanılıb. Bu haqda 3 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Binəqədi rayonunda yanvarın 5-də Bakı şəhər sakini T.Bayramovanın çantasından 105 manat pul və 300 manat dəyərində qızıl üzük oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayon sakini, əvvəllər məhkum olunmuş E.Məsimov saxlanılıb.
Faktla bağlı araşdırma davam edir.