Bakının Binəqədi rayonunda hərbi sursat tapılıb. Bu haqda 25 avqust tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu cəlb olunub. Ərazidə olan mülki vətəndaşlar təxliyə ediliblər.
Baxış zamanı 2 ədəd partladıcısız F-1 əl qumbarası, 2 ədəd UZRQM partladıcısı, 67 ədəd 5.45x39mm və 450 ədəd 5.6x15.6mm-lik kiçik çaplı silah mərmisi aşkar olunub. Tapılan silah-sursat ərazidən kənarlaşdırılıb.
Əməliyyat zamanı həmin sahədə başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
[caption id="attachment_65797" align="alignnone" width="800"]
Foto FHN-in rəsmi Youtube kanalı[/caption]