Paytaxtın Binəqədi rayonu, 1-ci mədən adlanan ərazidə yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Bu haqda bu gün, 8 sentyabr tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
39 yaşlı Günay Qurbanova yolu keçən zaman onu 28 yaşlı Mirzağa Məlikovun idarə etdiyi “DAF” markalı avtomobil vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.