Paytaxtın Binəqədi rayonu, Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında piyada qadını avtomobil vurub. Bu haqda bu gün, 27 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
39 yaşlı Afət Salmanova yolu keçən zaman onu avtomobil vurub. O, müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.