Paytaxtın Binəqədi rayonunda soyğunçuluq edən şəxs saxlanılıb. Bu haqda bu gün, 5 sentyabr tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Toğrul Abbasov metronun “Azadlıq prospekti” stansiyası yaxınlığında qadının əlində pul görüb. Daha sonra onu izləyərək münasib vaxt zərərçəkənin, içərisində 200 ABŞ dolları, bank kartları və sənədləri olan çantasını oğurlayıb.
Faktla bağlı araşdırmalar davam edir.