Paytaxtın Binəqədi rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 9 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
“Saipa” markalı nəqliyyat vasitəsinin salon və mühərrik hissəsi tamamilə kül olub. Avtomobilin digər hissələrinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.