Bakıda oğru saxlanılıb. Bu haqda 30 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Binəqədi rayonunda sentyabrın 29-da Bakı şəhər sakini C.Quluzadənin mobil telefonu soyğunçuluq yolu ilə talanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini S.Həsənov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.