Binəqədi rayonunda oğru saxlanılıb. Bu haqda 10 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Biləcəri qəsəbəsindəki evlərdən birinin qarajından 2 ədəd velosiped oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Yevlax rayon sakini H.Səfərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.