Paytaxtın Binəqədi rayonunda yerləşən yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Yeddimərtəbəli yaşayış binasında 8 ədəd elektrik sayğacı və 15 poqonometrlik elektrik kabeli alışıb. Mənzillərə ziyan dəyməyib.
Hadisə yerində FHN-in əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.