Bakının Binəqədi rayonunda sex yanıb. Bu haqda bu gün, 4 fevral tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
Şəhərin Binəqədi rayonunda metal tor toxuma sexinin ərazisində yanğın baş verib. Həcmi 25 litr olan 3 ədəd qaz balonundan sızan qaz və qarajın dam örtüyünün taxta atmaları 10 kv.m sahədə yanıb.
Qarajın qalan hissəsi və qarajda olan avtomobil yanğından mühafizə olunub.