Paytaxtın Binəqədi və Sabunçu rayonlarında narkotik alverinə qarşı silsilə əməliyyatlar keçirilib. Bu haqda bu gün, 30 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyatlar zamanı 35 nəfər tutulub, ümumilikdə 18 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb. Saxlanılan şəxslərin ikisi və aşkarlanan narkotikin 1 kiloqram 466 qramı Binəqədi rayonunun payına düşür.
Narkotiklərin alverinə qarşı mübarizə davam etdiriləcək.