Paytaxtın Binəqədi rayonu, Şövkət Məmmədova küçəsində yerləşən şadlıq sarayının qarşısında 5 avtomobil toqquşub. Bu haqda bu gün, 1 iyul tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
“Hyundai” markalı avtomobil “Mercedes” markalı nəqliyyat vasitəsilə toqquşub, sonuncu isə zərbənin gücündən şadlıq sarayının önündə parklanmış “Lexus”, digər “Hyundai” və “Mercedes” markalı avtomobillərə çırpılıb. “Hyundai”-ın sürücüsü hadisə yerindən qaçıb. Xəsarət alan olmayıb.
Araşdırmalar davam edir.
[URIS id=50633]