Bakının Binəqədi rayonunda 2 evdən oğurluq edən şəxs saxlanılıb. Bu haqda bu gün, 14 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Bildirilir ki, 2 evdən 2900 manat pul və 1300 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Rayon polis idarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Quliyev saxlanılıb.