Bakı sakininə qarşı soyğunçuluq törədən şəxslər saxlanılıb. Bu haqda 30 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Binəqədi rayonunda iyunun 26-sı saat 2 radələrində 3 nəfər Bakı şəhər sakini H.Şükürovu döyüb bıçaqla hədələyərək 80 manatını və mobil telefonunu oğurlayıblar. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Saatlı rayon sakinləri F.Yarıyev, M.İmanov və Şirvan şəhər sakini İ.Eldar saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.