Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 17 avqust tarixində xəbər verir.
Paytaxtın Binəqədi rayonunda avtomobil yolu keçən 5 yaşlı Rəvan Ağakişiyevi vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.