Bakının Binəqədi rayonu ərazisində oğurluqla məşğul olan şəxsdən narkotik aşkar edilib. Bu haqda bu gün, 9 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Salyan rayon sakini T.Abdullayev saxlanılıb. Şəxsi baxış zamanı ondan heroin tapılıb.
Araşdırma zamanı onun müxtəlif vaxtlarda rayon ərazisində 5 avtomobildən ümumilikdə 300 manat pul, maqnitofon və video-qeydiyyat qurğusu oğurlaması da müəyyən edilmişdir.