Binəqədi rayonunda oğurluqla məşğul olan şəxslər saxlanılıblar. Bu haqda 25 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Sulutəpə qəsəbəsində iyunun 22-də evlərin birindən 2500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Zəngilan rayon sakini Ş.Əsədov və Bakı şəhər sakini M.Məmmədov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.