Binəqədi rayonunda azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb. Bu haqda 19 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Məlumata əsasən, bağlı qapı arxasında qalan uşağa köməklik göstərmək üçün FHN-in xilasetmə qüvvələri cəlb olunub. Onlar mənzilin giriş qapısını açaraq nəzarətsiz qalmış uşağı xilas ediblər.