Bakının Binəqədi rayonu, 6-cı mikrorayon, Üzeyir Hacıbəyov küçəsi, 6 ünvanında ağaclar qanunsuz olaraq məhv olunub. Bu haqda bu gün, 23 avqust tarixində Oxu.az məlumat verib.
Sakinlərin şikayəti Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb. Əraziyə cəlb olunan mütəxəssislər tərəfindən tut ağacının və kol bitkisinin kəsildiyi müəyyən edilib.
Qanun pozuntusu faktı ilə bağlı akt tərtib edilib. Yaşıllıqları məhv edən şəxsin müəyyən edilərək barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına təqdim edilib.