Bakıda avtomobil qaçıran şəxs polis tərəfindən tutulub. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 3 sentyabr tarixində xəbər verir.
Binəqədi rayonunda sentyabrın 1-də 28 May qəsəbəsindən K.Tağıyevə məxsus “Opel” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Kürdəmir rayon sakini X.Əliyev avtomobillə birgə qəsəbə ərazisində saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.