Binəqədi rayonunda quldur saxlanılıb. Bu haqda 1 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Binəqədi qəsəbəsi ərazisində avqustun 30-da Bakı şəhər sakini R.Mayılovun 200 manat pulu quldurluq yolu ilə talanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş S.Hüseynov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.