Bakıda qadından oğurluq edən şəxs saxlanılıb. Bu haqda 8 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Binəqədi rayonunda fevralın 4-də Bakı şəhər sakini M.Əzizovanın, içərisində pul, açar, şəxsiyyət vəsiqəsi və bank kartları olan çantası oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı rayon sakini N.Əliyev saxlanılıb.