Bakı şəhəri, Binəqədi rayonunda quldurluq əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 11 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Binəqədi RPİ-nin 43-cü polis bölməsinə bir kişinin qadını yıxaraq içərisində 283 manat pul, şəxsiyyət vəsiqəsi və bank kartı olan çantasını quldurluq yolu ilə talaması barədə ərizə daxil olub.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş O.Cəfərov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.