Bakının Binəqədi rayonu, Mehdiabad-Novxanı yolunun kənarında qamışlıq ərazidə yanğın başlayıb. Bu haqda bu gün, 1 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. İlkin baxışa əsasən, bataqlıq ərazidə təqribən 2 ha qamışlıq sahə yanır.
Yanğınsöndürmə işləri davam etdirilir.
13:45 - Yenilənib
Yanğın söndürülüb.