Bakının Binəqədi rayonunda yük avtomobili aşıb. Bu haqda 23 iyun tarixində Lent.az məlumat verib.
İçi qumla dolu “KamAZ” markalı yük maşını dönmə zamanı idarəetmədən çıxaraq aşıb. Nəticədə qum yola dağılıb.
Hadisə nəticəsində ölən və yaralananların olub-olmaması barədə məlumat yoxdur. Faktla bağlı araşdırma aparılır.