Xəzər rayonunda intihar hadisəsi olub. Bu haqda 8 sentyabr tarixində Oxu.az məlumat verib.
Binə qəsəbəsində 49 yaşlı Sevinc Əmirova yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asaraq həyatına qəsd edib. Onun intihar etmə səbəbi bilinmir.
Bundan əvvəl Xətai rayonunda yaşayan 29 yaşlı oğlan evin həyətindəki pilləkənin sürahisindən özünü iplə asaraq intihar edib.