Xəzər rayonunda 32 yaşlı kişi bıçaqlanıb. Bu haqda 7 sentyabr tarixində Report məlumat verib.
Binə qəsəbəsi, “Südçülük sovxozu” adlanan ərazidə Loğman Məlikov mübahisə zamanı bıçaqlanıb. Yaralı soltərəfli döş qəfəsinin 1 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.