Bakıda binaların girişlərində quraşdırılan poçt qutularında satmaq üçün narkotik maddə gizlədən şəxs tutulub. Bu haqda BakuPlus.az DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 2 sentyabr tarixində xəbər verir.
Nizami rayonunda əvvəllər məhkum olunmuş Ülvi Musayev tutulub. Onun üzərinə baxış zamanı 103 qram güclü təsiredici xassəyə malik narkotik maddə olan heroin aşkar olunub.
Ü.Musayev ifadəsində sosial şəbəkədə tanış olduğu narkotacir tərəfindən narkokuryerliyə cəlb edildiyini bildirib. O, həmin narkotacirin göstərişi ilə onlayn yolla satdığı heroini, əsasən, binaların girişlərində olan poçt qutularında gizlətdiyini qeyd edib.
Faktla bağlı araşdırmalar davam edir.