Paytaxtın Binəqədi rayonunda sərnişin avtobusunun sürücüsü narkotik istifadə edib. Bu haqda bu gün, 1 avqust tarixində Bakuplus.az Dövlət Yol Polisinə istinadən xəbər verir.
156 nömrəli marşrut xəttinin avtobusunu idarə edən Nicat Məhərrəmov Ekologiya postunda saxlanılıb. O, marixuananın təsiri altında olduğunu etiraf edib.
Təqsirkar 20 gün müddətinə həbs olunub və 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib.