Bakıda 2 piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisələri qeydə alınıb. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 15 iyul tarixində xəbər verir.
Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yolu keçən 48 yaşlı Aynurə Verdiyevanı avtomobil vurub.
Səbail rayonu, Botanika bağının yaxınlığında daha bir piyada xəsarət alıb.
Piyadalar ağır vəziyyətdə 1 nömrəli xəstəxənanın reanimasiya şöbəsinə yerləşdirilib. Hər iki şəxs yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçirdi.
Faktlarla bağlı araşdırmalar aparılır.