Binəqədi rayonunda yerləşən “EuroHome”-da mağaza sahibi qətlə yetirilib. Bu haqda 19 iyul tarixində Bakuplus.az Azərbaycan Respublikası Baş Prokurorluğuna istinadən xəbər verir.
Bakı-Sumqayıt şosesində yerləşən “EuroHome” ticarət mərkəzində kombi satışı ilə məşğul olan dükan sahibi, 39 yaşlı Şəmiddin Quliyev naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb. O, boğaz və bədəninin müxtəlif nahiyələrindən bıçaqlanaraq öldürülüb.
Faktla bağlı araşdırma aparılır.