Paytaxtın Binəqədi rayonunda yanğın hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən 7 fevral tarixində xəbər verir.
Rayon ərazisində bir-birinə bitişik tikilən ümumi sahəsi 70 kv. m olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları, ümumi sahəsi 40 kv. m olan talvar və altına yığılan 5 ədəd soyuducu, ümumi sahəsi 100 kv. m olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları 2 kv. m sahədə və ümumi sahəsi 90 kv. m olan birmərtəbəli evin dam örtüyünün taxta atmaları 2 kv. m sahədə yanıb.
Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.
Evlərin qalan hissələri yanğından mühafizə olunub.