Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-2” yaşayış kompleksində daha bir bədbəxt hadisə baş verib. Bu haqda bu gün, 2 sentyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Nəzarətsiz qalan 4 yaşlı uşaq 10-cu mərtəbədən yıxılaraq dünyasını dəyişib. Onun anasının uşağı evdə qoyaraq mağazaya getdiyi bildirilir.
Daha öncə həmin yaşayış kompleksində 46 yaşlı qadının özünü 5-ci mərtəbədən atması haqda məlumat verilmişdir.