Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində köşkdən oğurluq edilib. Bu haqda bu gün, 6 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı sakinləri M.Bukavadze və A.Bəkirov rayon ərazisindəki köşkdən 500 AZN pul və 1900 AZN dəyərində lotereya biletləri oğurlamaqda şübhəli bilinərək saxlanılıblar.
Onlar barəsində araşdırmalar davam edir.