Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində evlərdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Axtarışda olan Ü.Quliyev adıçəkilən qəsəbə ərazisində yerləşən 3 evdən pul, qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda təqsirli bilinir.
Onun barəsində araşdırmalar davam edir.