Paytaxtın Nərimanov rayonunda yerləşən restoranda yanğın baş verib. Bu haqda bu gün, 5 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 150 kv.m olan və üçmərtəbəli binanın zirzəmisində yerləşən iaşə obyektinin 2 otağı yanıb. Obyektin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.