Paytaxtın Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 2 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
23 yaşlı Nurlan Hüseynlinin sürücüsü olduğu motosiklet hərəkətdə olan zaman avtomobillə toqquşub. Nəticədə motosikletçinin sağ ayağı və sol əli sınıb. O, xəstəxanaya yerləşdirilib.
Təfərrüatlar araşdırılır.