Paytaxtın Nəsimi rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 3 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
“Mercedes” markalı nəqliyyat vasitəsinin mühərrik hissəsində alışma baş verib. Avtomobilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.