Paytaxtın Nəsimi rayonu, metronun “20 Yanvar” stansiyası yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 5 sentyabr tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Taksi fəaliyyəti ilə məşğul olan “Prius” markalı avtomobilin sürücüsü sərnişini götürmək üçün nəqliyyat vasitəsini yolun kənarında saxlamaq istəyib. Bu zaman arxada hərəkət edən daha bir “Prius” markalı avtomobil birinciyə çarpılıb. Nəticədə sürücülərdən biri xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.