Bakıda avtomobil qadını vuraraq öldürüb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Sentyabrın 7-si saat 20:00 radələrində paytaxtın Qaradağ rayonu, Ələt qəsəbəsində Cəlilabad rayon sakini V.Babayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Əsmər Səfərovanı vurub.
Qəza nəticəsində piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.