Yasamal rayonunda “Toyota” aşıb. Bu haqda 13 sentyabr tarixində Avtosfer.az məlumat verib.
Dünən axşam saatlarında Əbdülvahab Salamzadə küçəsində hərəkətdə olan “Toyota” markalı, 10-RT-375 qeydiyyat nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək maşını dəmir dirəyə çarpıb. Qəza nəticəsində avtomobil aşıb.
Yaralıların olub-olmaması haqda məlumat yoxdur.